Yüksək ixtisaslı, təcrübəli tibb personalı ilə seçilən Buta klinikası hər zaman sağlamlığınızın keşiyindədir. Terapevt, pediatr, ginekoloq, cərrah, oftalmoloq, kardioloq, nefroloq, travmatoloq, LOR, stomatoloq və digər sahələrin tanınmış uzmanları, ən müasir tibbi diaqnostik avadanlıqlarla hər növ radioloji (rentgen, USM, rəngli doppler, mammoqrafiya, KT, MRT) və diaqnostik (angioqrafiya, biopsiya) müayinələr həyata keçirir.
Eyni zamanda klinikada son texnoloji tələblərə cavab verən avadanlıqlarla təhciz olunan, cərrahiyyə şöbəsi, Yaponiya, ABŞ, Almaniya, Avstriya və s. ölkələrin aparıcı şirkətlərinin istehsal etdiyi müasir analizatorlarla biokimyəvi, seroloji, immuno-molekulyar diaqnostik, mikrobioloji analizlərin dəqiq diaqnostikasını, check-up müayinələri aparan laboratoriya fəaliyyət göstərir.
Pasiyentlərə keyfiyyətli tibbi yardımın göstərilməsi üçün hər cür tibbi ləvazimat və avadanlıqlarla təmin edilmiş ambulanslar təcili, təxirəsalınmaz və diaqnostik-müalicə xidməti gün boyu xidmətinizdədir. 7/24 Bir sözlə, ən güvənli tibb ocağı olmağı qarşısına məqsəd qoyan klinikamız hər kəsin sağlamlığının keşiyindədir.
2020 Bütün hüquqlar qorunur, Developed by Vebonly.