İçindəkilər

Covid 19 testini kimlər verməlidir?

COVID-19 infeksiyasına yoluxmuş, başqa sözlə test nəticəsi müsbət olan şəxs aşkar edildikdə, həmin şəxslə təmasda olan və ya yaxın təmasda olan şəxslər Covid 19 testi verə bilər. Hər hansı şəxsdə hərarət və/və ya tənəffüs şikayətləri (öskürək, nəfəs darlığı) yaranarsa, yəni koronovirus əlamətləri varsa, onun tibbi maska ​​taxaraq səhiyyə müəssisəsinə gedərək və ya zəng edərək Covid testi verməsi tövsiyə olunur.

Covid 19 test qiymetləri:

Covid 19 test qiymetleri testin növünə görə dəyişir. PCR testlərinin qiyməti Buta Klinikada 59 AZN-dir. Klinikaya yaxınlaşaeaq covid testi verə və nəticəni öyrənə bilərsiniz.

Covid testini nece vermek olar?

Koronovirus testini vermık üçün həm ölkəmizdə, həm də dünyada 2 məşhur usuldan istifadə olunur.

1-ci üsul yaxma üsulu ilə koronovirus testidir.

Çubuğun köməyi ilə burnunuzun arxasından alınan yaxmadır. Başınızı arxaya əydikdən sonra müqavimət dayanana qədər yavaş-yavaş burun dəliklərindən birinə çubuq daxil edilir. Orada bir neçə saniyə saxlanılır, sonra bir neçə dəfə fırlanır və geri çəkilir. Bu ağrılı deyil, lakin narahat ola bilər, gözlərinizin sulanmasına və öskürəyə səbəb ola bilər. Ordan əldə edilən yaxma labarotoriyada analiz edilir və nəticəsi elan olunur.

2-ci üsul seroloji adlanan qan anlizi ilə koronovirus testidir.

Koronovirus əlamətlərini özündə hiss edən şəxs klinikaya yaxşınlaşa və ya analiz üçün zəng edərək klinika əməkdaşlarının test götürmək üçün evlərinə gəlməsini istəyə bilər. Bu zaman sizdən alınan qan labarotoriyada yoxlanılacaq

Xarici ölkəyə səfər etdiyiniz zaman sizdən PCR testi tələb olunur.

covid 19 testi

Covid testi niyə önəmlidir?

Özündə koronovirus əlamətləri hiss edən şəxslər öz sağlamlıq qeydinə, həm də ətrafındakı insanların sağlamlıq qeydinə qalmaq üçün covid testi verməli və ona görə tədbirlər almalıdır. Əgər korovirus testi pozitiv çıxmışsa, ona əsasən müalicə almalıdır. Məlumdur ki, həm gənclərdə, həm də yaşlılarda koronovirus ağır şəkildə keçə və müəyyən izlər qoya bilər.

Covid testinin cavabı nə zaman bilinir?

Müasir tibb dünyasının inkişafı ilə covid 19 testinin nəticəsini qısa müddətdə öyrənmək mümkündür. Daha əvvəllər koronovirus testi vermiş şəxslər bir neçə gün gözləyirsə, artıq buna ehtiyac yoxdur. Dövlər poliklinikalarında nəticələr 3 gün içində açıqlansa da özəl klinikalarda yaxma üsulu koronovirus testi verənlər 15 dəqiqə içində, anoloji qan üsulu ilə kovid testi verənlər bir neçə saat içindı nəticəsini öyrənə bilər.

Covid 19 testinin nəticəsi:

Testin nəticəsi neqativ və pozitiv olaraq 2 yerə bölünür. Əgər korovirus testi vermisinizsə, və nəticəniz neqativ çıxmışsa özünüzü karantinə almağa ehtiyac yoxdur. Çox güman soyuqdəymə və ya adi qripdir. Əgər, korovirus testinizin nəticəsi pozitiv çıxıbsa, o zaman xəstaxanada qalaraq müalicə ala və ya 14 gün müddətində özünüzü təcrid edə bilərsiniz. Bu müddətdə müayinələrdən keçməli və həkim tövsiyəsi ilə qeyd edilmiş dərmanları istifadə etməlisiniz. Daha çox vitaminli yeməklər, meyvələr və bol su içmək tövsiyə olunur.

covid 19 testi

Antitel testi nədir

Antitel testi qan ilə yoxlanılır, qanda müəyyən edilən antitel vasitəsilə sizin daha əvvəllər korono virusa yoluxub- yoluxmadığınız müəyyən edilir. Buta Klinikaya yaxınlaşaraq antitel testi verib nəticəsini öyrənmə bilərsiniz.

Digər Tibb yazılarımız

PCR testi nədir? Koronovirus testi

İçindəkilər PCR testi haqqında sizi maraqlandıran suallara bu bloqumuzda cavab tapacaqsınız. Son dönəmlər məşhur olan və tez-tez istifadə olunan PCR testinin hələ də nə olduğunu

Read More »

Koronovirus nədir? Koronovirusdan müdafiə

İçindəkilər Koronovirus nedir? Koronovirus( Covid 19) ilk dəfə 2019-cu ilin dekabr ayının əvvəlində Çinin Wuhan bölgəsində görülüb. Bölgədəki səlahiyyətlilər tənəffüs yolu infeksiyasına səbəb olan yoluxucu

Read More »

Antitel testi nədir?

İçindəkilər Antitel testi nədir? Seroloji test kimi tanınan COVID-19 Antitel testi, 2019-cu ildə koronavirus xəstəliyinə (COVID-19) səbəb olan virus olan SARS-CoV-2 ilə keçmişdə yoluxma olub-olmadığınızı

Read More »

Koronavirus əlamətləri

Koronavirus elametleri nedir? Koronavirus əlamətləri fərdlərə görə dəyişsə də ən çox yayılan simptomlar arasında qızdırma, quru öskürək və halsızlıq müşahidə olunur. Hər kəsdə koronavirus simptomlaru

Read More »