İçindəkilər

PCR testi haqqında sizi maraqlandıran suallara bu bloqumuzda cavab tapacaqsınız. Son dönəmlər məşhur olan və tez-tez istifadə olunan PCR testinin hələ də nə olduğunu bilmirsinizsə və ya daha geniş məlumat almaq istəyirsinizsə bu yazı sizin üçündür.

Son dönəmlər məşhur olan və tez-tez istifadə olunan PCR testinin hələ də nə olduğunu bilmirsinizsə və ya daha geniş məlumat almaq istəyirsinizsə bu yazı sizin üçündür.

PCR testi nədir?

Tibbi və bioloji tədqiqatlarda tətbiq olunan Covid-19 testi, yəni PCR testi son günlər koronavirusla mübarizədə istifadə olunur. PCR (Polymerase Chain Reaction) insanın bədənində virusun varlığını və bədənin infeksiyaya necə reaksiya verdiyini öyrənmək üçün praktiki olaraq həyata keçirilən test növüdür.

Bəzən ola bilər ki, insan koronovirus simptomları daşımasın və ya özünün koronovirus olduğunu hiss etməsin. Bu zaman sırf PCR testi vasitəsilə həmin insanın koronovirus olduğunu bilmək mümkündür.

PCR testi virusun orqanizmdə olduğunu göstərmək üçün koronavirus prosesi zamanı edilən bir testdir. Müxtəlif xəstəliklər üçün də istifadə edilən PCR, orqanizmdə çox az sayda mikrobları belə aşkar edə bilir. PCR testini molekulyar diaqnostik test də adlandırmaq olar. Test bədəndə virusun varlığını, həmçinin infeksiyaya cavab olaraq bədənin istehsal etdiyi antikorları aşkar edə bilər.

PCR testi nedir

PCR testi yalnız koronovirus üçündür?

Son bir neçə ildir ki, PCR testinin adını Covid 19, yəni koronavirusun aşkar edilməsi üçün daha çox eşidirik. Amma bu o demək deyil ki, PCR testi yalnız koronovirusu aşkar edir.

PCR testi təkcə koronavirusda deyil, həm də orqanizmdə bir çox virus, parazit, mikrob və ya bakteriyaların aşkarlanmasında, genetik problemlər və atalıq testlərində geniş istifadə olunur. Bir çox xəstəliklər PCR testi ilə erkən və tez aşkar edilə bilər. Koronovirus əlamətləri hiss etdikdə PCR testi verə bilərsiniz.

Neqativ PCR testi nə deməkdir və niyə məcburidir?

Ölkə ərazisində koronovirus geniş yayıldığından bəri xarici ölkələrə təyyarə, avtobus, qatar və digər ictimai nəqliyyat vasitələri ilə səyahət edərkən neqativ nəticəli PCR testi göstərmək məcburiyyəti yarandı.
Qeyd edək ki, 1 yaşdan 18 yaşadək olan sərnişinləruçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair neqativ PCR test nəticəsini təsdiq edən sənədin təqdim etməlidirlər. 1 yaşdan aşağı olan uşaqlar üçün isə sənəd tələb olunmur.

PCR testi sizdə olan koronovirusdan asılı olaraq mənfi və ya müsbət ola bilir. Əgər PCR testi pozitivdirsə, bu o deməkdir ki, test olan şəxsdə koronovirus aşkarlanıb, yəni Covid-19 virusuna yoluxub.

Əgər PCR testi neqativdirsə, sevinə bilərsiniz, çünki, neqativ nəticəli PCR testi bir çox qapıları sizin üzünüzə açır, hətta xarici ölkə qapılarını da! Pozitiv PCR testi nəticəsi əldə etmisinizsə, bu o deməkdir ki, sizdə heç bir Covid-19 virusu yoxdur və koronovirus cəhətdən tamamilə sağlamsınız.

Artıq səyahət edəcək insanlar mənfi nəticəli PCR testini göstərərək onlarda heç bir virus olmadığını sübut edirlər, beləliklə xarici ölkələrə asanlıqla səyahət edə bilirlər. 

İkili doza peyvəndi olanlar üçün PCR testi məcburidirmi?

Peyvənd olunmasından və ya olunmamasından asılı olmayaraq ölkə xaricinə çıxışlarda PCR testinin neqativ nəticəsi vacibdir. Hətta 3cü doza peyvəndi də vurdurmusunuzsa mütləq şəkildə sizdə heç bir simptom olmadığınnı və daşıyıcı olmadığınızı sübut edən PCR testinin göstərilməsi məcburidir.

PCR testi

Koronavirus testi necə aparılır?

Neqativ PCR testi insanlara qapılar açsa da, test prosesindən çox insan xoşlanmır. Bəzi insanlara bu çox çətin proses kimi görünə də bilər, lakin proses çox tez baş verir və bitir.

PCR testi zamanı sadəcə nazik pambıq çubuğa ehtiyac olur. Nazik pambıq çubuq vasitəsilə burun və boğazdan kiçik bir maddə nümunəsi alınır. Tibb işçisi tərəfindən lazımi vaxtda və dəqiqliklə götürülmüş nümunə xüsusi qaba yerləşdirilir və bu nümunə laboratoriyada sınaq üçün ötürülür.
PCR testini Buta klinika vasitəsilə həm klinikanın özündə, həm də evdə həyata keçirərək cavab əldə edə bilərsiniz. Əgər klinikaya gəlməyə vaxtınız yoxdursa, və ya məşğulsunuzsa, çox rahatlıqla klinikamıza zıng edərək evdə PCR test xidmətindən yararlana bilərsiniz.

Evdə PCR test necə baş verir?

Buta klinikasının Evdə PCR test xidmətindən yararlanmaq istəyirsinizsə, əlaqə nömrəmiz vasitəsilə bizə zəng edirsiniz və evə PCR test sifarişi verirsiniz. Dediyiniz vaxtda Buta klinika əməkdaşları sizin ünvanınıza yaxınlaşırlar və evdə sizi PCR test edərək burun və ya oğazınızdan nümunə götürürlər. Alınan nümünəni Buta klinikaya gətirərək analiz prosesini başladırlar.

Beləliklə, siz evdən çıxmadan rahatlıqla PCR test vermiş olursunuz.

Buta klinikada PCR testin nəticəsini necə öyrənmək mümkündür? (neçə saata əldə etmək olar?)

PCR testinin üstünlükləri nələrdir?

PCR testi vasitəsilə koronavirusa yoluxan və ya Covid-19 daşıyıcısı olan şəxslər müəyyən edilir, beləliklə onlar izolyasiya olunur və virusu yoluxdurmaması üçün insanlardan kənar tutulması təmin edilir.
Bu yolla koronavirusa nəzarət üçün çox mühüm addım atılır.

Bundan əlavə, PCR testi çox qısa müddətdə nəticə verən bir testdir. Yəni əgər siz xaricə səyahət üçün tələsirsinizsə, kifayət qədər vaxtınız yoxdursa asanlıqla tez bir zamanda Buta klinikasında PCR testi verərək neqativ nəticə əldə edib planlarınıza davam edə bilərsiniz.

PCR tesrinin digər üstün cəhəri isə qan alınmadığı üçün ağrısız icra olunmasıdır. Bloqummuzda da qeyd etdiyimiz kimi PCR testi pambıq uclu çubuq vasitəsilə alındığı üçün

PCR testi etibarlıdırmı?

Koronavirus yoxlama testləri arasında PCR son dərəcə etibarlı bir test üsuludur. Bu test xüsusilə koronavirus simptomları olmayan daşıyıcıları müəyyən etməyə kömək edir.

Apteklərdə və ya bəzi klinikalarda satılan ekspress testlərdə koronavirus üçün sürətli nəticələr əldə etmək mümkün olsa da, onlar PCR testlərindən daha az etibarlıdır. Ekspress testlərində 5-6 dəfə mənfi nəticə alan şəxslərin 7-ci testdə nəticələrinin müsbət olduğu müşahidə edilib. Bu səbəbdən, xüsusən də koronavirus simptomları olanlar üçün sürətli diaqnostik testlər məsləhət görülmür.

Çünki test neqativ göstərsə də, koronavirusa yoluxmuş ola bilərsiz. Buna görə də mütləq PCR testi ilə təsdiqləmək lazımdır.

Digər TİBB bloqlarımız

pcr-testi

PCR testi nədir? Koronovirus testi

İçindəkilər PCR testi haqqında sizi maraqlandıran suallara bu bloqumuzda cavab tapacaqsınız. Son dönəmlər məşhur olan və tez-tez istifadə olunan PCR testinin hələ də nə olduğunu

Read More »
koronovirusnedir

Koronovirus nədir? Koronovirusdan müdafiə

İçindəkilər Koronovirus nedir? Koronovirus( Covid 19) ilk dəfə 2019-cu ilin dekabr ayının əvvəlində Çinin Wuhan bölgəsində görülüb. Bölgədəki səlahiyyətlilər tənəffüs yolu infeksiyasına səbəb olan yoluxucu

Read More »
antitel testi

Antitel testi nədir?

İçindəkilər Antitel testi nədir? Seroloji test kimi tanınan COVID-19 Antitel testi, 2019-cu ildə koronavirus xəstəliyinə (COVID-19) səbəb olan virus olan SARS-CoV-2 ilə keçmişdə yoluxma olub-olmadığınızı

Read More »
Koronovirus-elametleri

Koronavirus əlamətləri

Koronavirus elametleri nedir? Koronavirus əlamətləri fərdlərə görə dəyişsə də ən çox yayılan simptomlar arasında qızdırma, quru öskürək və halsızlıq müşahidə olunur. Hər kəsdə koronavirus simptomlaru

Read More »

8 Responses

  1. I was very pleased to uncover this great site. I need to to thank you for ones time for this fantastic read!! I definitely appreciated every bit of it and I have you bookmarked to look at new information on your blog.

  2. Wow, amazing weblog format! How lengthy have you been blogging
    for? you made running a blog look easy. The entire glance
    of your site is magnificent, as well as the content material!
    You can see similar here e-commerce

  3. Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *