Koronavirus elametleri nedir?
Koronavirus əlamətləri fərdlərə görə dəyişsə də ən çox yayılan simptomlar arasında qızdırma, quru öskürək və halsızlıq müşahidə olunur. Hər kəsdə koronavirus simptomlaru fərqli cür təzahür edərək yüngül və ya ağır formada özünü göstərə bilər. Əksər insanlar covid 19 virusuna yoluxsa da bundan xəbərləri olmur. Koronavirus tutmuş şəxs üçün ən ciddi problemlərdən biri tənəffüs çatışmazlığının yaranmasıdır ki, bu şəxslər ciddi müalicə olunmalıdır. Özündə Covid-19 elametleri hiss edən şəxslər Covid 19 testi verməli və ona uyğun müalicə qəbul etməlidilər.
Koronovirus testleri nələrdir?
Koronovirus əlamətləri olan şəxsdən 2 yolla test götürülür.
Yaxma üsulu
Birinci yol burun və ya udlaqdan yaxma götürməklə mümkün olan PCR testidir. Bu test ən məşhur və insanlar arasından ən çox istifadə ediləndir.
Seroloji üsul
Bu Covid 19 testi isə qandan analiz götürməklə müəyyən olunur və buna da seroloji analiz deyilir. Yaxma üsulundan götürülən testlər virusa yoluxmanı müəyyən etmək üçün istifadə edilsə də seroloji üsulla qanda olan igG (immunoglobulin G)-nün müəyyən edilməsində daha çox istifadə edilir.
PCR testi nedir və nə zaman istifadə olunur?
Koronavirus əlamətləri olan şəxsdə virusa yoluxmanı müəyyən etmək üçün bir neçə korona testi növü vardır. Koronovirus yönümündə olan fərqli-fərqli testlərdən indi və ya keçmişdə yoluxub, yoluxmadığınızı qısa müddət içində öyrənmək mümkündür. Koronavirusun müəyyən edilməsində PZR testləri-PZR, RT- PZR, Real-time PCR (qPCR) testlərindən istifafə olunur. PCR testi ilə qısa müddətdə korona virusa yoluxmanı müəyyən etmək mümkündür. PCR testi eyni zamanda PZR testi olaraq da bilinməkdədir və ana dildə Polimerli Zəncirvari Reaksiya mənasındadır. Qeyd edək ki, PCR testi pandemiya dövründə yayılsa da daha əvvəllər virusların müəyyən edilməsində istifadə edilirdi.
PCR testi qiymeti
Covid 19 testi və ya PCR testi Azerbaycanda bir çox yerdə vermək mümkündür. Klinikalara görə covid 19 testinin qiyməti dəyişkəndir. Buta Klinikada PCR test qiymət 59 AZN-dir
En ucuz PCR Test qiymeti
En ucuz PCR test qiymeti haqqında nəsə demək mümkün olmasa da Bakıda klinikalarda bu testin qiyməti 45-100 AZN dəyişdiyi bilinir. PCR testi üçün Buta Klinikanı seçə bilərsiniz.
Koronavirus testi harda vermək olar?
Buta klinika olaraq Covid 19 testini həm klinikadan, həm də evdən götürürük. Bunun üçün aşağıdakı əlaqə vasitələrinə tıklayıb bizimlə əlaqə saxlamağınız kifayətdir.
Daha Çox Bloq Oxu
PCR testi nədir? Koronovirus testi
İçindəkilər PCR testi haqqında sizi maraqlandıran suallara bu bloqumuzda cavab tapacaqsınız. Son dönəmlər məşhur olan və tez-tez istifadə olunan PCR testinin hələ də nə olduğunu
Omikron virusu və Omikron simtompları
Omikron Nədir: Omikron virusu - və ya onun elmi adı olan B.1.1.529 - SARS-CoV-2 virusunun spesifik versiyasıdır. Omicron, ÜST tərəfindən VoC olaraq təyin edilmişdir, yəni
Koronovirus nədir? Koronovirusdan müdafiə
İçindəkilər Koronovirus nedir? Koronovirus( Covid 19) ilk dəfə 2019-cu ilin dekabr ayının əvvəlində Çinin Wuhan bölgəsində görülüb. Bölgədəki səlahiyyətlilər tənəffüs yolu infeksiyasına səbəb olan yoluxucu
Covid 19 testi – Covid 19 Test Qiymetleri
İçindəkilər Covid 19 testini kimlər verməlidir? COVID-19 infeksiyasına yoluxmuş, başqa sözlə test nəticəsi müsbət olan şəxs aşkar edildikdə, həmin şəxslə təmasda olan və ya yaxın
Antitel testi nədir?
İçindəkilər Antitel testi nədir? Seroloji test kimi tanınan COVID-19 Antitel testi, 2019-cu ildə koronavirus xəstəliyinə (COVID-19) səbəb olan virus olan SARS-CoV-2 ilə keçmişdə yoluxma olub-olmadığınızı
Koronavirus əlamətləri
Koronavirus elametleri nedir? Koronavirus əlamətləri fərdlərə görə dəyişsə də ən çox yayılan simptomlar arasında qızdırma, quru öskürək və halsızlıq müşahidə olunur. Hər kəsdə koronavirus simptomlaru