İçindəkilər
Koronovirus nedir?
Koronovirus( Covid 19) ilk dəfə 2019-cu ilin dekabr ayının əvvəlində Çinin Wuhan bölgəsində görülüb. Bölgədəki səlahiyyətlilər tənəffüs yolu infeksiyasına səbəb olan yoluxucu bir virus olduğu müəyyən olunub. Virusun rəsmi adı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən SARS-CoV-2 (Ağır Kəskin Tənəffüs Sindromu-Koronavirus-2) kimi müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatı virusun yaratdığı xəstəliyi təsvir etmək üçün COVID-19 terminindən istifadə edir.
Koronovirusun əlamətləri nələrdir?
Koronavirusun elametleri arasında ən çox rast gəlinən simptomlar bir neçə gün davam edən yüksək hərarət, baş ağrısı və quru öskürək kimi tanınır. Lakin bəzi xəstələrdə aşağıdakı simptomlar müşahidə olunur;
- Nəfəs darlığı,
- bəlğəm ilə öskürək,
- Boğaz ağrısı,
- Əzələ və oynaq ağrıları,
- ürəkbulanma və ya qusma,
- Anoreksiya,
- Burun axması,
- Baş ağrısı,
- Ağır tənəffüs çatışmazlığı,
- Böyrək çatışmazlığı kimi vəziyyətlər koronavirusun əlamətləri arasında ola bilər.
Koronavirusun əlamətləri olan şəxslər aidiyyatı səhiyyə müəssisələrinə getməzdən əvvəl ətrafdakı insanlara yoluxmamaq üçün maska taxaraq tədbir görməlidirlər.
Koronovirus xəstəliyindən necə müdafiə olunmaq olar?
Koronavirus infeksiyalarının yayılmasının qarşısını almaq üçün standart tövsiyələrə əllərin mütəmadi olaraq spirt tərkibli əl dezinfeksiyaediciləri və ya sabun və su ilə yuyulması və təmizlənməsi, öskürək və asqırma zamanı ağız və burnun salfetka ilə və ya dirsəyin daxili hissəsinin bağlanması və insanlarla yaxın təmasdan qaçınılması daxildir.
Koronovirus testi necə edilir?
Koronovirus testi vermək üçün klinikalara yaxınlaşmaq mümkündür. Siz 2 üsulla koronovirus testi verə bilərsiniz. Birinci üsul yaxma üsuludur ki, əksər insanlar bu üsula üstünlük verir. 2-ci üsul isə qan analizi üsuludur ki, bunun nəticəsi yaxmadan daha gec elan edilir, amma daha dəqiq olur.
Karantin dövrü nədir?
Karantin və ya təcridin məqsədi xəstənin başqalarına yoluxmaması üçün ayrı yerdə saxlamaqdır.
Karantin latınca qırx deməkdir. Keçmişdə ekipajdan heç bir xəstəliyə tutulmamaq üçün gəmilərin 40 gün limanda saxlanması nəticəsində karantin anlayışı ortaya çıxıb. Bu gün eyni şəkildə karantin adı da müxtəlif xəstəliklərə qarşı istifadə olunur. Məsələn, yeni koronavirus infeksiyasının (Covid-19) inkubasiya müddəti 14 gün olaraq müşahidə edilib. Bu səbəbdən yeni koronavirus xəstəliyinə şübhəsi olan insanlar təcrid olunmalı və ya 14 gün müddətində karantinə alınmalı və digər insanlardan ayrı saxlanılmalıdır. Koronavirus şübhəsi olan insanlar ölüm riski olmadığı təqdirdə evdə təcrid oluna bilərlər.
Hazırda Azərbaycanda Karantin dövrü 14 gündən 7 günə endirilib. Qeyd edək ki, koronovirusa yoluxub-yoluxmadığınızı öyrənmək üçün antitel testi verməlisiniz.
Digər Tibbi Yazılarımız
PCR testi nədir? Koronovirus testi
İçindəkilər PCR testi haqqında sizi maraqlandıran suallara bu bloqumuzda cavab tapacaqsınız. Son dönəmlər məşhur olan və tez-tez istifadə olunan PCR testinin hələ də nə olduğunu
Omikron virusu və Omikron simtompları
Omikron Nədir: Omikron virusu - və ya onun elmi adı olan B.1.1.529 - SARS-CoV-2 virusunun spesifik versiyasıdır. Omicron, ÜST tərəfindən VoC olaraq təyin edilmişdir, yəni
Koronovirus nədir? Koronovirusdan müdafiə
İçindəkilər Koronovirus nedir? Koronovirus( Covid 19) ilk dəfə 2019-cu ilin dekabr ayının əvvəlində Çinin Wuhan bölgəsində görülüb. Bölgədəki səlahiyyətlilər tənəffüs yolu infeksiyasına səbəb olan yoluxucu
Covid 19 testi – Covid 19 Test Qiymetleri
İçindəkilər Covid 19 testini kimlər verməlidir? COVID-19 infeksiyasına yoluxmuş, başqa sözlə test nəticəsi müsbət olan şəxs aşkar edildikdə, həmin şəxslə təmasda olan və ya yaxın
Antitel testi nədir?
İçindəkilər Antitel testi nədir? Seroloji test kimi tanınan COVID-19 Antitel testi, 2019-cu ildə koronavirus xəstəliyinə (COVID-19) səbəb olan virus olan SARS-CoV-2 ilə keçmişdə yoluxma olub-olmadığınızı
Koronavirus əlamətləri
Koronavirus elametleri nedir? Koronavirus əlamətləri fərdlərə görə dəyişsə də ən çox yayılan simptomlar arasında qızdırma, quru öskürək və halsızlıq müşahidə olunur. Hər kəsdə koronavirus simptomlaru